AZ

“Karvan-Yevlax”ın qış hazırlıq planı müəyyənləşdi

BAKI, 24 dekabr. TELEQRAF

Komandamızın qış hazırlıq planı müəyyənləşib.

"Neftçi" ilə dekabrın 20-də keçirilən oyundan sonra istirahətə buraxılan komandamız yanvarın 3-də Yevlaxda toplaşacaq. Komandamızın toplanış çərçivəsində 2 yoxlama oyunu keçirməsi nəzərdə tutulur. Rəqiblərimizdən birinin adına aydınlıq gəlib. Yanvar ayının 17-də Yevlaxda "Kəpəz"lə qarşılaşacağıq. Digər rəqibimizin adına yaxın günlərdə aydınlıq gələcək. Qeyd edək ki, komandamız 2026-ci ildə ilk rəsmi oyununu Misli Premyer Liqasının XVII turu çərçivəsində yanvarın 25-də səfərdə "Sabah" klubuna qarşı keçirəcək.

Seçilən
39
teleqraf.com

1Mənbələr