Bakı. Trend:
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnikZakir Həsənov Liviya Dövlətinin Baş naziri – müdafiə naziri cənabAbdülhəmid Dibeybəyə başsağlığı verib.
Trend xəbər verir ki, bubarədə Müdafiə Nazirliyi məlumat yayıb.
Başsağlığında deyilir: "Türkiyə Respublikasından rəsmi səfərdənqayıdan 9H-DFJ bort nömrəli “Falkon 50” tipli təyyarənin qəzayauğraması nəticəsində şəxsən tanıdığım Liviya Dövləti SilahlıQüvvələrinin Baş Qərargah rəisi ordu generalı Məhəmməd Əli Əhməd ƏlHaddadın və digər heyətin həlak olması xəbəri məni dərindənkədərləndirdi.
Faciəvi qəza zamanı bütün həlak olanların yaxınlarının vəəzizlərinin kədərinə şərik olduğumuzu bildirir, Allahdan səbirdiləyirik.
Ruhları şad, xatirələri əziz olsun.
Allah rəhmət eləsin".