AZ

Moskva Mayamidə danışıqların yekunları üzrə Vaşinqtonla əlaqələrini davam etdirəcək

Moskva, 24 dekabr, AZƏRTAC

Moskva Ukrayna ilə bağlı mövqeyini Mayamidə danışıqların yekunları üzrə Rusiya Prezidentinə təqdim edilən məlumatlar əsasında formalaşdıracaq, yaxın gələcəkdə isə mövcud kanallar vasitəsilə Vaşinqtonla əlaqələrini davam etdirəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya Prezidentinin xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriyevin Ukrayna ilə bağlı Rusiya-Amerika danışıqlarının keçirildiyi Mayamiyə səfərinin nəticələrini şərh edərkən bildirib.

Peskovun sözlərinə görə, Dmitriyev artıq Vladimir Putinə əlaqələrin bütün təfərrüatları ilə barədə məruzə edib, bundan sonra Rusiya tərəfi öz gələcək mövqeyini formalaşdırmağa və ABŞ ilə dialoqu davam etdirməyə başlayacaq.

Peskov vurğulayıb ki, Rusiyanın mövqeyinin əsas parametrləri amerikalı həmkarlarına yaxşı məlumdur. Lakin Kreml Dmitriyevin Moskvaya hansı sənədləri gətirdiyini dəqiqləşdirməkdən imtina edib və qeyd edib ki, bu cür ünsiyyətin media vasitəsilə aparılmasını məqsədəuyğun hesab etmir.

Prezidentin mətbuat katibi həmçinin Ukraynanın NATO-ya üzvlüyü məsələsi də daxil olmaqla, mümkün sülh təkliflərinin məzmununu ilə bağlı məlumatları şərh etməyib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Seçilən
27
2
azertag.az

3Mənbələr