Bakı. Trend:
Moldova Respublikasının Prezidenti Maya Sandu AzərbaycanRespublikasının Prezidenti İlham Əliyevə təbrik məktubuünvanlayıb.
Trend xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimiçatdırmaqdan məmnunluq duyuram. Sizə möhkəm cansağlığı, davamlıgüc-qüvvət və Azərbaycan dövlətinin rəhbəri kimi ali dövlətivəzifənizdə uğurlar arzulayıram.
Moldova Azərbaycanla dostluq münasibətlərini yüksəkqiymətləndirir və tərəfdaşlığımızı müəyyən edən etimad vəəməkdaşlıq ruhunu dəyərləndirir. Əminəm ki, birlikdə konstruktivdialoqumuzu dərinləşdirməyə və ölkələrimiz arasındakı əlaqələridaha da möhkəmləndirməyə davam edəcəyik.
Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahişedirəm".