24 dekabr 2025-ci il tarixdə Xocavənd rayon İcra Hakimiyyətində “Konstitusiya və Suverenlik İli” çərçivəsində çərçivəsində “Hüquqi dövlət, suverən xalq və qətiyyətli lider ”adlı tədbir keçirilib. Xocavənd Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Xocavənd Rayon Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə YAP Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov, Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Qliyeva, YAP fəalları, ərazi partiya təşkilatlarının sədrləri, idarə müəssisə, təşkilatların rəhbərləri iştirak ediblər. Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilmiş, Ümummilli liderin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra Cənab Prezident İlham Əliyevin həyat və yaradıcılığına həsr edilən videorolikə baxılıb.
Tədbirdə çıxış edən, YAP Xocavənd Rayon Təşkilatının sədri Vüsal Hüseynov, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısının müavini Əfsanə Quliyeva və digər çıxışçılar bildirdilər ki, Prezident İlham Əliyevin 22 il ərzində yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət edir. İlham Əliyev siyasəti demokratik dəyərlərə sadiqlik, sağlam əməkdaşlıq və siyasi dialoqu özündə birləşdirir. Cənab İlham Əliyevin “Biz birlikdə güclüyük!” şüarı xalqın qalib ruhunun güzgüsüdür. Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən, xalqın 30 illik həsrətinə son qoyan Ali Baş Komandan İlham Əliyev xilaskar liderdir. Çünki məhz İlham Əliyevin Sərkərdəliyi ilə çoxlarının qeyri-mümkün hesab etdiyi Qarabağ münaqişəsi cəmi 44 günə həll olundu. Uzun illər dünya dövlətlərinin əksəriyyətinin himayə etdiyi işğalçı Ermənistan İlham Əliyevin hərbi-siyasi diplomatiyası qarşısında diz çökdü.