AZ

İsrail Qəzzada atəşkəsin pozulmasında HƏMAS-ı İTTİHAM ETDİ

İsrail Hökumətinin Baş nazirinin ofisi Qəzza zolağında elan edilmiş atəşkəs rejiminin HƏMAS tərəfindən pozulduğunu bildirib.

NOCOMMENT.az xəbər verir ki, rəsmi açıqlamaya görə, Rəfah bölgəsində partlayıcı qurğunun işə düşməsi nəticəsində İsrail ordusunun bir zabiti yaralanıb.

Bunun fonunda İsrail tərəfi baş verən insidenti atəşkəs razılaşmasının pozulması kimi qiymətləndirib və HƏMAS-ın öhdəliklərinə əməl etməli olduğunu vurğulayıb. Rəsmi Tel-Əviv Fələstin qruplaşmasını razılaşma şərtlərinə ciddi şəkildə riayət etməyə çağırıb.

Seçilən
20
nocomment.az

1Mənbələr