AZ

Kosta ABŞ-nin Aİ-yə qarşı yeni sanksiyalarını tənqid etdi

Avropa İttifaqı ABŞ-nin beş Avropa vətəndaşı və vəzifəli şəxsinə tətbiq etdiyi səyahət məhdudiyyətlərini pisləyir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Avropa Şurasının Prezidenti Antonio Kosta bu barədə X sosial media platformasında paylaşım edib.

“Aİ ABŞ-nin Avropa vətəndaşları və rəsmilərinə səyahət məhdudiyyətlərini pisləyir. Bu cür tədbirlər müttəfiqlər, tərəfdaşlar və dostlar arasındakı münasibətlərdə qəbuledilməzdir. Aİ ifadə azadlığını, ədalətli rəqəmsal qaydaları və suverenliyini qətiyyətlə müdafiə edir”, - deyə o qeyd edib.

Dekabrın 23-də ABŞ, Amerika texnologiya şirkətlərinə Amerika rəyini senzura etmək və ya boğmaq üçün təzyiq göstərməyə cəhd etməkdə ittiham olunan beş avropalıya giriş qadağası qoyub.

Seçilən
4
1
operativmm.az

2Mənbələr