UEFA İspaniyanın “Atletik” klubuna cəza tətbiq edib.
QOL.az xəbər verir ki, buna səbəb Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turunda “Qarabağ”la keçirilən və Bilbao təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşan oyunda azarkeşlərin davranışı olub.
“Atletik”in fanatlarının matç zamanı yol verdiyi pozuntulara görə klub 10 min avro (təqribən 20 min manat) məbləğində cərimələnib.
Qeyd edək ki, qarşılaşma zamanı tribunada erməni separatçılarının vaxtilə Qarabağ ərazisində yaratdıqları qondarma quruma aid bayraq nümayiş etdirilib. Bu hadisə ilə əlaqədar “Qarabağ” klubunun nümayəndələri həm görüşdən əvvəl, həm də oyun ərzində baş verən təxribatlar barədə meydan sahiblərini məlumatlandırıb və məsələni UEFA-nın diqqətinə çatdırıblar.