AZ

Ukrayna ordusu Rusiyada raket yanacağı zavoduna və Krımda dəniz dronları bazasına hücum edib

Ukrayna Müdafiə Qüvvələri dekabrın 24-nə keçən gecə Rusiyadakı raket yanacağı istehsal edən zavoda, həmçinin müvəqqəti işğal olunmuş Krımda dəniz pilotsuz aparatları bazasına və sursat anbarlarına zərbələr endiriblər.

Yeniera.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna” Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının teleqram kanalına istinadən məlumat yayıb.

Qeyd olunub ki, Rusiyanın Tula vilayətinin Yefremov şəhərində plastik partlayıcı maddələrin və bərk raket yanacağının komponentlərinin istehsalında ixtisaslaşan “Yefremov sintetik kauçuk zavod”u zərər çəkib. İstehsalat ərazisində partlayışlar və irimiqyaslı yanğın olub.

Həmçinin Krımın Mirnoye rayonunda ekipajsız katerlərin saxlanma və xidmət yeri də zərər çəkib. Bundan əlavə, Rusiyanın logistikasını pozmaq məqsədilə, Ukrayna Müdafiə Qüvvələri Luqansk əyalətinin Doljansk şəhərində alay səviyyəli maddi-texniki vasitələr anbarına zərbə endiriblər. Həmçinin Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində Rusiyanın hava hücumundan müdafiə obyektlərinə və canlı qüvvənin cəmləşdiyi ərazilərə zərbələr endirilib.

Seçilən
21
busaat.az

1Mənbələr