Bakı, 24 dekabr, AZƏRTAC
Yeni il süfrələrində həm dadlı, həm də sağlam təam axtarırsınızsa, hind quşu əti ideal seçimdir.
Yüksək zülal tərkibi, balanslı amin turşuları, Omeqa-3 və Omeqa-6 yağ turşuları ilə zəngin olan bu ət asan həzm olunur, immun sistemini gücləndirir, əhvali-ruhiyyəni yaxşılaşdırır, stresi azaldır və rahat yuxuya kömək edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
“Sağlam və təhlükəsiz seçim üçün diri hind quşunun pipiyi açıq rəngli, ayaqları hamar görünməlidir, kəsilmiş halda dərisi elastik və xoş qoxulu olmalıdır, soyuducu və dondurucuda düzgün saxlanmalıdır. Yeni il süfrənizi sağlamlıq və ləzzət ilə doldurun!”-deyə məlumatda bildirilir.
Daha ətraflı məlumatla link vasitısilə tanış ola bilərsiniz.