AZ

Ermənistanda insanlar hökumətin siyasətindən narazıdır – Sorğu


Ermənistanda aparılan sorğunun nəticələrinə görə, respondentlərin böyük əksəriyyəti Ermənistan hökumətinin müxtəlif sahələrdə həyata keçirdiyi siyasəti mənfi dəyərləndirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə dekabrın 24-də jurnalistlərlə görüşdə “Birlikdə” ictimai-siyasi hərəkatının üzvü Aram Sarkisyan məlumat verib.
Onun sözlərinə görə, sorğuda iştirak edənlərin 75,8 faizi Ermənistan hökumətinin xarici siyasətini “son dərəcə mənfi” qiymətləndirib. Respondentlərin 9,8 faizi bu siyasəti “qismən mənfi”, 1,2 faizi “çox müsbət”, 7,4 faizi “qismən müsbət” hesab edib, 5,7 faizi isə qərar vermədiyini bildirib.
İctimai təhlükəsizlik və hüquq-mühafizə sistemi ilə bağlı sualda da mənfi rəylər üstünlük təşkil edib. Belə ki, iştirakçıların 71,7 faizi bu sahəni “son dərəcə mənfi”, 15,2 faizi “qismən mənfi” qiymətləndirib. Cəmi 0,8 faiz sistemi “çox müsbət”, 8,6 faiz “qismən müsbət” dəyərləndirib, 3,7 faiz isə qərarsız qalıb.
Səhiyyə, sosial məsələlər, təhsil və elm sahələrində də oxşar mənzərə müşahidə olunub. Respondentlərin 60,2 faizi bu sahələrdə vəziyyəti “son dərəcə mənfi”, 24,6 faizi “qismən mənfi” qiymətləndirib. 2,5 faiz “çox müsbət”, 9,8 faiz “qismən müsbət” cavabı verib, 2,9 faiz isə mövqeyini bildirməyib.
İqtisadiyyat və maliyyə sahəsində aparılan siyasət də əhali tərəfindən əsasən tənqid edilib. Sorğuya əsasən, 62,3 faiz bu sahəni “son dərəcə mənfi”, 20,5 faiz “qismən mənfi” qiymətləndirib. 1,2 faiz “çox müsbət”, 8,6 faiz “qismən müsbət” cavabı verib, 7,4 faiz isə qərarsız qalıb.
Aram Sarkisyan bildirib ki, bu rəqəmlər hökumətə də məlumdur: “Əminəm ki, Nazirlər Kabinetində də bu göstəricilər var və hazırkı Baş nazirin və onun bütün komandasının isterik davranışının səbəbi də məhz budur”.
Seçilən
12
1
yeniavaz.com

2Mənbələr