AZ

Salah və Misir millisi matçdan əvvəl Quran oxuyub - VİDEO

Afrika Millətlər Kubokunda Misir millisinin üzvlərinin Zimbabve millisi ilə matçdan əvvəl Quran ayələri oxuması və dualar etməsi diqqət çəkib.

İdman.Biz xəbər verir ki, oyuna çıxmazdan əvvəl Misir millisinin futbolçuları soyunub-geyinmə otağında bir araya gələrək Quranın “Fatihə” və “İxlas” surələrini tilavət edib, daha sonra birlikdə dualar səsləndiriblər.

Kadrlar sosial şəbəkələrdə yayılıb və böyük marağa səbəb olub.

Görüntülərdə Məhəmməd Salahın da komanda yoldaşları ilə yanaşı ayələr oxuduğu və dua etdiyi görünür. Bu addım futbolçuların oyuna həm psixoloji, həm də mənəvi baxımdan hazırlaşdıqlarını göstərən məqam kimi dəyərləndirilib.

Qeyd edək ki, qarşılaşma Misir millisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Qələbə qolunu oyunun uzatma dəqiqələrində Məhəmməd Salah vurub.

İdman.Biz
Seçilən
30
1
idman.biz

2Mənbələr