AZ

Almazın 1 karatı 189 dollara çata bilər

ain.az, Sherg.az portalına istinadən məlumat verir.

Dünyada zərgərlik məmulatlarına tələbat artmaqdadır.

Teleqraf xəbər verir ki, 2018-ci ildə ( almazlara marağın azalmağa başladığı) zinət əşyalarına tələbat 76–78 milyard dollar səviyyəsində olduğu halda, 2023–2025-ci illərdə bu göstərici illik 83–85 milyard dollara yüksəlib.

Rusiyanın “Alrosa” şirkəti almaz–brilyant sənayesində qiymətlərin artacağını proqnozlaşdırır. Gözləntilərə əsasən, yaxın illərdə almazın qiyməti hazırkı 120–130 dollar səviyyəsindən təxminən 50% artaraq 1 karat üçün 189 dollara çata bilər.

2025-ci ilin avqustundan ABŞ Rusiya neftini aldığına görə Hindistan mallarına 50% idxal tarifi tətbiq edib. Bu, Hindistanın almaz və zərgərlik məhsullarının ABŞ-yə ixracının kəskin azalmasına səbəb olub.

Hindistanın almaz ixracı ötən ilki səviyyədən təxminən 9% aşağı olaraq qalır, xammal idxalı isə illik müqayisədə cəmi 4,7% artıb. 2025-2026-cı illərdə almaz ixracının illik müqayisədə 7-10% azalaraq təxminən 12 milyard dollara düşəcəyi gözlənilir.

Qeyd edək ki, qlobal brilyant bazarında dörd ölkə əsas rol oynayır. ABŞ, Çin, Hindistan və Yaponiyada zərgərlik alıcılarının xərclərinin artması səbəbindən almaz idxalı və cilalanmış almaz ixracı tədricən sabitləşir.

Hindistan brilyant zərgərlik məhsullarına tələbat baxımından Çini geridə qoyur. Hindistanın ən böyük iki zərgərlik şirkəti olan “Titan” və “Kalyan Jewellers”in gəlirləri 2025-ci ilin üçüncü rübündə müvafiq olaraq 30% və 35% artıb.

Yaponiyanın pərakəndə satışları 2024-cü ildə 1,130 trilyon yenə (7,17 milyard dollar) çatıb ki, bu da on ildən çox müddətdə ən yüksək göstəricidir və bu il 6,8% artaraq 1,207 trilyon yenə (7,66 milyard dollar) çatacağı gözlənilir.

Aİ və İsveçrənin də qoşulduğu G7 ölkələri 1 yanvar 2024-cü il tarixindən etibarən Rusiyadan brilyant, cilalanmış brilyant və zərgərlik məmulatlarının idxalına mərhələli qadağa qoyduqlarını elan etdilər. Həmin ilin 1 mart tarixindən etibarən qüvvəyə minən ikinci mərhələdə qadağa ən azı bir karat ağırlığında və üçüncü ölkələrdə kəsilmiş Rusiya brilyantlarına da şamil edildi.

Əlavə məlumat üçün qeyd edək ki, son 20-30 ildə böyük almaz yataqları aşkar edilməyib.Bununla yanaşı, təklif 2020-ci illərin əvvəllərindəki 120 milyon karatdan 2025-ci ildə 100-105 milyon karata düşüb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
sherg.az

1Mənbələr