AZ

ADU-nun dosenti vəfat edib

Azərbaycan Dillər Universitetinin "Xarici dillərin tədrisi metodikası" kafedrasının dosenti Gülbəniz Camalova vəfat edib.

Far.Az xəbər verir ki, bu barədə universitet məlumat yayıb.

Bildirilib ki, Gülbəniz Camalova 1963-cu il Qazax rayonunda anadan olub. O, 1982-1987-ci illərdə Azərbaycan Dillər Universitenin fransız dili fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1999-cu ildən ADU–da fransız dilini tədris etməyə başlayıb.

Azərbaycanda fransız dilinin qorunub saxlanılması, inkişafı və təbliği sahəsində müstəsna xidmətləri olan görkəmli alim, pedaqoq və ictimai xadim olub. O, uzun illər Azərbaycan Dillər Universitetində (ADU) Xarici Dillərin Tədrisi Metodikası kafedrasında elmi-pedaqoji fəaliyyət göstərib, fransız dilinin ali və orta təhsil müəssisələrində tədrisinin inkişafı istiqamətində ardıcıl və məqsədyönlü işlər aparıb.

Allah rəhmət eləsin.

Seçilən
31
1
far.az

2Mənbələr