AZ

“Azərbaycanın şəhərsalma və memarlıq məsələsində spesifik yanaşması var” Deputat

525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Bu gün dünyada əsas müzakirə mövzularından biri şəhərsalma və memarlıq üslubu, onun düzgün tətbiqi ilə bağlıdır. Amma bu sahədə, onun tətbiqi üslublarında narahatedici tendensiyalar da müşahidə olunmaqdadır. O baxımdan ki, şəhərlər, qədim tarixi abidələr bərpa edilərkən onların orijinallığına zərər verilməsi tənqidlərə, mənfi yanaşmalara səbəb olur”.

Bu barədə 525.az-a Milli Məclisin deputatı Aydın Hüseynov 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsi barədə danışarkən deyib.

Deputat bildirib ki, Azərbaycan bu tendensiyalardan kənar davranmaqla şəhər və rayonlarımızın, eyni zamanda tarixi abidələrimizin bərpası zamanı tarixliyin qorunub saxlanılmasına, orijinallığın əsas götürülməsinə xüsusi əhəmiyyət verir:

“Lakin müasir dünyanın çağırışları ilə ayaqlaşmamaq da mümkün deyil. Şübhəsiz ki, bu yanaşmadan, müasirlikdən geri qalmaq olmaz. Bu baxımdan Azərbaycan şəhərsalma və memarlıq məsələsi ilə bağlı demək olar ki, spesifik yanaşma ortaya qoyur. Müasirliklə tarixiliyin unikal tandemi öz sözünü deyir. Azərbaycana gələn turistlər Bakı şəhəri və regionlarımızın memarlıq üslublarını və Azərbaycanın şəhərsalma mədəniyyətini olduqca yüksək qiymətləndirirlər. Şübhəsiz ki, bu işdə dövlətin həssas yanaşdığı məsələlər var. Ümummilli Lider Heydər Əliyevin respublikaya rəhbərlik yetdiyi bütün dönəmlərdə şəhərsalma və memarlıq məsələsinə xüsusi diqqət göstərilib. Həmin bu yanaşmanın cənab Prezident İlham Əliyevin fəaliyyətində də şahidi oluruq. Ümumiyyətlə, qeyd olunmalıdır ki, dövlət başçımız bütün istiqamətlər üzrə müasir çağırışları nəzərə alır, dünyanın yeni çağırışlarına dərhal cavab verməyi bacarır. 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi həm Azərbaycanın tarixinə verdiyi önəm, həm də müasir dünyanın yeni çağırışları ilə əlaqədardır”.

Deputat deyib ki, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) 2026-cı ildə Bakı şəhərində keçiriləcək. Bu qərar Azərbaycanın dayanıqlı şəhərsalma proseslərində diqqətçəkən töhfəsini nümayiş etdirir:

“Azərbaycan yüksək səviyyəli bu cür tədbirlərə hər zaman uğurla ev sahibliyi edir. Bu cür tədbirlərin sayı 2026-cı ildə çox olacaq. Bu həm də bütün dünyanın diqqət mərkəzinin Azərbaycana yönəlməsi deməkdir ki, bu da ölkəmizin qlobal anlamda nüfuzunun artmasına səbəb olacaq”.

Pərvanə Sultanova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
525.az

1Mənbələr