Naftalan şəhərində küçədə dava edən iki müəllim barəsində tədbir görülüb. Bu barədə Qafqazinfo məlumat yayıb.
Hadisə İ. Həsənzadə küçəsində baş verib. Naftalan şəhər 2 saylı orta məktəbin müəllimi S. Məmmədova ilə Naftalan Musiqi Məktəbinin müəllimi A. Səfərova arasında əvvəlcə sözlü mübahisə fiziki qarşıdurmaya çevrilib. Hər iki şəxs bir-birinə zərbə endirib.
Hər iki müəllim polisə şikayət etdikləri üçün barələrində protokol tərtib olunub. İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (xırda xuliqanlıq) ilə tərtib edilən protokol Naftalan Şəhər Məhkəməsinə göndərilib.
Məhkəmə qərarı ilə S. Məmmədova 100 manat, A. Səfərova isə 50 manat cərimə olunaraq sərbəst buraxılıb.