Hazırda Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüş planlaşdırılmır.
Publika.az TASS-a istinadən xəbər verir ki, bunu Putinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Hələlik heç bir plan yoxdur", - deyə Peskov vurğulayıb.
Kremlin sözçüsü bildirib ki, Rusiya Ukraynadakı münaqişənin həlli ilə bağlı nəticə əldə etmək üçün ABŞ ilə lazım olduğu qədər tez-tez görüşlər keçirməyə hazırdır. O əlavə edib ki, Rusiya Donald Trampın münaqişəyə həll yolu tapmaq üçün siyasi iradəsini yüksək qiymətləndirir.