AZ

Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Bakı. Trend:

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib ƏrdoğanPrezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Trend xəbər verir ki,məktubda deyilir:

"Cənab Prezident, Əziz Qardaşım.

Sizi doğum gününüz münasibətilə xalqım adından və öz adımdansəmimi-qəlbdən təbrik edir, Zati-alinizə cansağlığı, rifah vəailənizlə birlikdə uzun ömür arzulayıram.

Zati-alinizin bacarıqlı liderliyi və uzaqgörən siyasətisayəsində Can Azərbaycanın davamlı şəkildə güclənməsi, regional vəbeynəlxalq siyasətdə nüfuzunun artması bizim üçün böyük məmnunluqvə qürur mənbəyidir.

Beşinci ildönümünü birlikdə qeyd etdiyimiz şanlı Vətənmüharibəsi Zəfərindən sonra həyata keçirilən sülh prosesinindavamlı bir razılaşma ilə nəticələnməsini arzu etdiyimi bir dahavurğulamaq istəyirəm. İnanıram ki, Qafqazda sabitliyin hökm sürdüyüsülh mühiti bütün regionun inkişafına xidmət edəcəkdir.

Türkiyə və Azərbaycan arasında öz gücünü tarixdən alan dərinköklərə malik qardaşlıq və həmrəylik əlaqələri Ümummilli LiderHeydər Əliyevin bizə miras qoyduğu “Bir millət, iki dövlət”prinsipi ilə hər gün daha da güclənir.

Möhkəm təməllər üzərində qurulmuş müttəfiqlik münasibətlərimizvə hər sahədə nümayiş etdirdiyimiz yüksək səviyyəli əməkdaşlıqsayəsində regionumuzun taleyini və gələcəyini formalaşdıran birgəlayihələrimizi həyata keçirmək üçün güclü iradəyə malik olduğumuzbirmənalıdır.

Əziz Qardaşım, Sizi bir daha doğum gününüz münasibətilə ürəkdəntəbrik edir, fürsətdən istifadə edərək dost və qardaş Azərbaycanxalqının rifah və firavanlığı üçün ən xoş arzularımıçatdırıram".

Seçilən
49
5
az.trend.az

10Mənbələr