AZ

Rusiyada evlənənlər də geri göndəriləcəklər -YENİLİK

Rusiya Ali Məhkəməsi ölkə qanunlarını dəfələrlə pozan xarici vətəndaşların deportasiyası və onların ölkəyə girişinə illərlə qadağa qoyula biləcəyini bildirən presedent xarakterli qərar yayımlayıb.

"Cebheinfo.az" xəbər verir ki, Ali Məhkəmə bu tədbirin həmin şəxsin Rusiya vətəndaşı olan həyat yoldaşı və ya uşaqları olsa belə, tətbiq edilə biləcəyini vurğulayıb.

Qərarda nümunə kimi Rusiyaya qanuni yollarla daxil olan, evlənən, yaşayış icazəsi alan və iki Rusiya vətəndaşı övladı ilə ailə quran Tacikistan vətəndaşının işi göstərilib. Bu şəxs yol hərəkəti və miqrasiya qaydalarını təkrarən pozduqdan sonra oğurluq cinayətinə görə iki il yarım həbs cəzası almışdı.

Cəzasını çəkdikdən sonra onun yaşayış icazəsi ləğv edilib, “arzuolunmaz şəxs” elan olunaraq səkkiz il müddətinə ölkəyə girişinə qadağa qoyulub. Həmin şəxs Daxili İşlər Nazirliyi və miqrasiya orqanlarının qərarlarını apellyasiya etsə də, Ali Məhkəmə “yaxın ailə bağlarının xarici vətəndaşı təkrar pozuntuların nəticələrindən azad etməyəcəyini” bildirərək şikayəti rədd edib.

Ali Məhkəmə xatırladıb ki, bir xarici vətəndaşın təkrar inzibati pozuntular və cinayətlər törətməsi halında onun deportasiyası və ölkəyə giriş qadağası hüquqi baxımdan əsaslıdır.

Bu qərarın oxşar hallarda presedent kimi istifadə olunacağı gözlənilir.

Seçilən
23
1
cebheinfo.az

2Mənbələr