Bakı. Trend:
Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir. Üç kənddəinsanlar yaşayır. Mən bu kəndlərin yenidən istifadəyə verilməsimərasimlərində iştirak etmişəm - Kəngərli, Sarıcalı, Xıdırlı.
Trend xəbərverir ki, bu barədə Prezident İlham Əliyev Ağdam şəhərinə köçənsakinlərlə görüşündə bildirib.
Orada indi bir neçə min insan yaşadığını və bu köç prosesinindavam etdiyini söyləyən dövlətimizin başçısı vurğulayıb: “Bu günAğdam şəhərində artıq insanlar yerləşir və bu yaşayışməhəlləsindəki 1268 mənzildə ağdamlılar yerləşəcək”.