“Real” klubunun prezidenti Florentino Peres ulduz hücumçu Vinisius Juniorla bağlı qərarını verib.
Publika.az xəbər verir ki, təcrübəli funksioner braziliyalı futbolçunun komandadan ayrılmasını istəmir. “Kral klubu” onunla mümkün qədər tez yeni müqavilə imzalamağı planlaşdırır. Bu barədə jurnalist Roberto Qomes məlumat verib.
Qeyd edək ki, Vinisius Juniorun “Real”la mövcud müqaviləsi 2027-ci ilin ortalarına qədər qüvvədədir. Əgər anlaşma uzadılmasa, madridlilər braziliyalını növbəti ildə sata bilərlər.