AZ

Fransızlar Donbasda: Rusiya hansı addımı atacaq?

Fransanın Paris Match jurnalı yazır ki, fransız hərbi qulluqçuları Ukraynanın nəzarətində olan Donbas ərazilərinə səfər edərək pilotsuz uçuş aparatlarının (PUA) idarə olunması üzrə praktiki təlimlər keçirlər.

KONKRET.az xəbər verir ki, təlimlər Donetsk vilayətinin şimalında, Kramatorsk yaxınlığında təşkil olunur.

Məlumata görə, əvvəlcə Fransada təlim keçmiş ukraynalı mütəxəssislər hazırda Ukrayna ərazisində Fransa Xarici Legionunun nümayəndələrinə PUA-larla bağlı bilik və bacarıqlarını ötürürlər. Jurnalın reportajında adı çəkilən ukraynalı PUA operatoru Maksim bildirib ki, 2023-cü ildə Fransada hazırlıq keçib, hazırda isə fransız hərbçilərlə birbaşa Ukraynada əməkdaşlıq edir.

Materialda Donetsk vilayətində maskalanmış mövqelərdən dronların buraxılması, həmçinin indiyədək açıqlanmayan “Gara-Esse” adlı pilotsuz uçuş aparatının istifadəsi də qeyd olunur.

Paris Match xatırladır ki, 2024-cü ildə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski Fransız hərbi təlimatçılarının Ukraynaya göndərilməsi ilə bağlı razılaşmaların olduğunu açıqlamışdı. Lakin rəsmi Paris bundan əvvəl Ukraynada fransız hərbçilərinin döyüş zonasındakı mövcudluğunu inkar etmişdi.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
37
1
konkret.az

2Mənbələr