AZ

İsrail ordusu Livanın cənubunda "Hizbullah"a zərbələr endirdi

İsrail Müdafiə Qüvvələri (SAXAL) Livanın cənubunda "Hizbullah" hərəkatının hədəflərinə növbəti zərbələr endirib.

Moderator.az xəbər verir ki, bu barədə SAXAL məlumat yayıb.

Bundan əlavə, İsrail ordusu "Hizbullah"ın istifadəsində olan binaları və digər infrastruktur obyektlərini də məhv edib.

Xəbərdə bildirilir ki, 2024-cü ilin noyabr ayında İsrail və "Hizbullah" atəşkəs müqaviləsi imzalayıblar. Həmin razılaşmaya əsasən, hərəkat İsrailə hücumlar üçün istifadə edilə biləcək infrastrukturu yenidən qurmağa cəhd göstərməyəcək. İsrail ordusu isə təhlükəsizliyə təhdid yarandığı zaman "Hizbullah"a zərbə endirmək hüququnu özündə saxlayır.

Seçilən
27
moderator.az

1Mənbələr