Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Bakı, 24 dekabr, AZƏRTAC
Kişilər voleybolçulardan ibarət “Xilasedici” komandası qışda heyətinə yeni oyunçu cəlb edəcək.
Bu barədə AZƏRTAC-a Bakı təmilçisinin baş məşqçisi Cəlil Cəlilov məlumat verib.
“Azərbaycan millisinin üzvü Andrey Melnikovla yollarımızı ayırdıq. Daha bir oyunçunu komandadan göndərəcəyik. Hələlik bu barədə nəsə demək istəmirəm. Gedəcək voleybolçunun yerinə yenisi cəlb olunacaq”,- deyə mütəxəssis bildirib.
Ötən mövsümün bürünc mekafatçısı olan komanda bu il Azərbaycanı Çelenc Kubokunda təmsil edir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.