AZ

Türkiyənin Suriyaya ixracı 3 milyard dolları keçib

"Ötən il Suriyaya 1,95 milyard dollar olan ixracımız bu il 3 milyard dolları keçib və keçən illərlə müqayisədə 54 faiz artım qeydə almışıq”.

Marja.az xəbər verir ki, bunu Türkiyənin Ticarət nazirinin müavini Özgür Volkan Ağar bildirib.

“Suriya ilə, xüsusilə onun şimal bölgələri ilə olan ticarət əlaqələrimiz 8 dekabr 2024-cü ildə Əsəd rejimi devrildikdən sonra daha cənub bölgələri, Şam rəhbərliyi ilə də çox uğurlu şəkildə inkişaf etməyə başlayıb. Suriyaya ixracımız 3 milyard dollar səviyyəsini keçib. Keçən illərlə müqayisədə 54 faiz artım qeydə almışıq. Əvvəlki illərlə müqayisədə bu, çox əhəmiyyətli artımdır. Buna görə də Suriya daha çox inkişaf etdikcə, siyasi baxımdan müəyyən sabitliyini daha da möhkəmləndirdikcə Türkiyə ilə bu münasibətləri daha da inkişaf etdirəcək və daha yaxşı xarici ticarət göstəricilərinə nail olacağıq.”, - Özgür Volkan Ağar deyib

Seçilən
13
marja.az

1Mənbələr