İtaliyada maye qaz daşıyan yük maşını PARTLAYIB
Ajans.az SHOT Teleqram kanalına istinadən xəbər verir ki, zərbə nəticəsində maye qaz daşıyan yük maşını alovlanaraq partlayıb. Partlayış zamanı havaya nəhəng alov topu qalxıb, hadisə yerini isə qalın qara tüstü bürüyüb. Sosial şəbəkələrdə yayılan görüntülərdə partlayışın yol tıxacının yaxınlığında baş verdiyi aydın görünür. İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Yük maşınlarının sürücülərinin partlayışdan əvvəl nəqliyyat vasitələrini tərk etməyə macal tapdığı bildirilir.