"Barselona" qış "transfer pəncərəsi"ndə müdafiə xəttini gücləndirmək istəyir.

Offsideplus.az xəbər verir ki, katalon klubu büdcəsi aşağıdır. Ona görə də ucuz müdafiəçi axtarırlar.

Bu barədə "Mundo Deportivo" məlumat yayıb.

"Blauqrana"nın siyahısında 3 futbolçu var: Nikolas Otamendi, Marcos Senesi və Stefan de Vrey.