Pavel Durov Makronla bağlı zarafatı ilə diqqət ÇƏKİB
Ajans.az xəbər verir ki ,o, X sosial şəbəkəsində paylaşdığı qeyddə əvvəl düşündüyü sperma donorluğu proqramı üçün loqo ideyasına münasibət bildirərkən bu ifadəni işlədib. Durovun paylaşımında dairə və “pd” hərflərindən ibarət eskiz yer alıb. O, şərhində “homoseksual kimi təqdim edilən, amma qeyri-homoseksual layihə” ifadəsini işlədərək Fransa prezidentinə eyham vurub və paylaşımına tərs gülümsəyən emoji əlavə edib. Qeyd edək ki, Emmanuel Makron daha əvvəl cinsi oriyentasiyası ilə bağlı şayiələrin mərkəzində olub. 2021-ci ildə bloger Natacha Rey prezidentin həyat yoldaşı Brijit Makronla bağlı əsassız iddialar irəli sürmüş, məsələ geniş rezonans doğurmuşdu. 2024-cü ildə Paris məhkəməsi Reyi böhtana görə cərimələsə də, 2025-ci ildə Apelyasiya Məhkəməsi onu bəraətə çıxarıb. Brijit Makronun vəkilləri qərardan Kassasiya Məhkəməsinə şikayət verəcəklərini bildiriblər.