AZ

Almazın 1 karatı 189 dollara çata bilər

BAKI, 24 dekabr. TELEQRAF

Dünyada zərgərlik məmulatlarına tələbat artmaqdadır.

Teleqraf xəbər verir ki, 2018-ci ildə ( almazlara marağın azalmağa başladığı) zinət əşyalarına tələbat 76–78 milyard dollar səviyyəsində olduğu halda, 2023–2025-ci illərdə bu göstərici illik 83–85 milyard dollara yüksəlib.

Rusiyanın “Alrosa” şirkəti almaz–brilyant sənayesində sabitləşmə və qiymətlərin artacağını proqnozlaşdırır. Proqnoza əsasən, yaxın illərdə almazların qiyməti hazırkı 120–130 dollar səviyyəsindən təxminən 50% artaraq 1 karat üçün 189 dollara çata bilər.

Seçilən
22
teleqraf.com

1Mənbələr