AZ

Bölgələrdə torpaq hərracları keçiriləcək

BAKI, 24 dekabr. TELEQRAF

Yanvarın 28-də Azərbaycanın müxtəlif regionlarında 7 torpaq müsabiqəsi və 9 torpaq hərracı keçiriləcək.

Teleqraf Əmlak Məsəslələri Dövlət Xidmətinə istinadən xəbər verir ki, hərraclar Dövlət Xidmətinin Gəncə və Göygöl, müsabiqələr isə Xızı və Yardımlı ərazi şöbələrində təşkil olunacaq. Həmin rayonların bələdiyyə orqanlarıa məxsus 16 torpaq sahəsindən 14-ü satış və 2-si isə icarə məqsədilə hərraca çıxarılacaq.

Satışa çıxarılan torpaq sahələrinin ölçüsü 120–4 746 kvadratmetr aralığında dəyişir, icarəyə verilən torpaqların sahəsi isə 1,83 və 5 hektar təşkil edir.

Seçilən
19
teleqraf.com

1Mənbələr