AZ

Sənədsiz ev sahiblərinə şad xəbər: Bu tarixdə... - AÇIQLAMA

"2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilib və Bakıda forum keçiriləcək. Bu onu göstərir ki, hökumət şəhərsalmadakı problemlərə çox ciddi yanaşır. “Bakı şəhərinin Baş planı – 2040” sənədinə uyğun olaraq şəhərin müxtəlif ərazilərində yenidənqurma, infrastrukturun yenilənməsi işləri həyata keçirilir. Həmin plan üzrə bir çox köhnə tikililər sökülür və şəhərin memarlıq prioritetlərinə uyğun formada yenidən qurulur. Memarlıq prioritetləri dedikdə tarixi mənzərənin saxlanması, eyni zamanda modern üslubun tətbiqi, bunların birgə kompozisiyası nəzərdə tutulur". Bu fikirləri Ajans.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc deyib. O bildirib ki, 2026-cı ildə çox böyük layihələr gözlənilir: "İstər yeni kompleks binaların tikintisi, istər daha geniş əhatəli söküntü işlərinin aparılması, istər vətəndaşlara kompensasiyaların ödənilməsi və s. Paralel olaraq əmlak reyestrinin formalaşması da bu il başa çatacaq. Artıq ötən illərdə İqtisadiyyat Nazirliyi və Əmlak Məsələləri Dövlət Xidməti addımlar atıb. Bu istiqamətdə qanunvericilik bazası da hazırlanır. Həm bələdiyyə torpaqlarının özəlləşdirilməsi, həm də sənədsiz əmlakların dövlət qeydiyyatına alınması 2026-cı ilin əsas prioritetlərindəndir". Vüqar Oruc qeyd edib ki, bu istiqamətdə atılan addımlar sonda əhalinin çoxdandır gözlədiyi “əmlak amnistiyası” ilə nəticələnə bilər:

"Bu, ya mərhələli şəkildə həyata keçiriləcək — bu, sənədləşmə probleminin və əmlak reyestrinin formalaşması məsələlərinin həllini nəzərdə tutur. Ya da birbaşa “əmlak amnistiyası” elan ediləcək və bütün sənədsiz evlərin sənədlə təmin olunması həyata keçiriləcək. Təbii ki, istisnalar da var: təhlükəli ərazilərdə, yüksək gərginlikli elektrik xətlərinin altında, kommunikasiya xətlərinin üzərində, meşə zolağında və dövlət üçün strateji əhəmiyyətli ərazilərdə inşa edilmiş əmlaklara sənəd verilməyəcək. Qalan bütün evlər sənədlə təmin edilə bilər".

Seçilən
19
Ajans.az

1Mənbələr