
Dünyanın ən ağıllı ölkəsi açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti “World of Card Games” tərəfindən aparılan araşdırmanın nəticələrinə istinadla məlumat yayıb.
Araşdırmada Nobel mükafatına namizədlik, IQ səviyyəsi və akademik dərəcələr də daxil olmaqla bir sıra amillər nəzərə alınıb.
İlk 10 ölkəni əsasən Avropa ölkələri təşkil edib – 9 ölkə.
İsveçrə 100 baldan 92.02 bal toplayaraq, ən ağıllı ölkə seçilib.
Araşdırmanın nəticələrinə görə, ölkədə 1099 Nobel mükafatına namizəd var və əhalinin orta IQ səviyyəsi 99.24-dür.
Həmçinin, İsveçrədə yetkin yaşda olanların 40,02%-nin ən azı bakalavr dərəcəsi var ki, bu da istənilən ölkə arasında ən yüksək göstəricidir. ƏhaIinin ən azı 18,05%-i isə magistr və ya daha yüksək dərəcəyə malikdir.
Böyük Britaniya 89.4 balla ikinci yerdədir. Burada 2393 Nobel mükafatına namizəd var, lakin yetkin yaşda olanların yalnız 39.59%-i bakalavr dərəcəsinə, 14.37%-i isə ən azı magistr dərəcəsinə malikdir. Britaniyalıların orta IQ səviyyəsi 99.12-dir.
Amerika Birləşmiş Ştatları isə 89.18 balla üçüncüdür. Burada yetkin yaşda olanların 38.57%-i bakalavr, 14.79%-i isə magistr dərəcəsinə malikdir.
Digər tərəfdən, ABŞ-də Nobel mükafatına namizədlərin sayı ən çoxdur - 5717 nəfər. Bu isə araşdırmada iştirak edən ölkələr arasında ən yüksək rəqəmdir.
Bundan əlavə, ABŞ-də Nobel mükafatına namizəd göstərilən 256 universitet var. Amerikalıların orta IQ səviyyəsi isə 97.43-dür.
Niderland 87.3 ümumi balla dördüncü yerdə qərarlaşıb. Orta IQ səviyyəsi 100.74-dür və əhalinin 36.63%-i bakalavr dərəcəsi alıb.
Belçika isə 86.58 bal və əhalinin 97.49 orta IQ səviyyəsi ilə beşinci yeru tutub.
Ən ağıllı 10 ölkəni təqdim edirik:
1. İsveçrə
2. Böyük Britaniya
3. Amerika Birləşmiş Ştatları
4. Niderland
5. Belçika
6. İsveç
7. Almaniya
8. Polşa
9. Danimarka
10. Finlandiya.
Qeyd edək ki, Finlandiya 10-cu sırada qərarlaşsa da, ən yüksək IQ balına görə liderdir - 101.20 bal.