AZ

CBC AZAL ın qəzaya uğrayan təyyarəsi barədə film çəkib

ain.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

CBC telekanalı ötən il dekabrın 25-də Bakı-Qroznı reysini həyata keçirərkən Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus sərnişin təyyarəsinə həsr olunmuş sənədli film çəkib.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə telekana məlumat yayıb.

"Film üzərində iş çərçivəsində telekanalın komandası Bakıda, Qazaxıstanın Aktau şəhərində çəkilişlər aparıb. Çəkiliş qrupu qəza yerində olub, faciənin şahidləri, xilasetmə əməliyyatının iştirakçıları, tibb işçiləri və ekspertlərlə söhbət edib", - məlumatda qeyd olunub.

Film faciənin xronikasını təqdim edir və həmçinin sonrakı hadisələrdən bəhs edir.

Film müəllifləri hava gəmisinin göyərtəsindəki vəziyyəti, ölkə rəhbərliyinin faciəvi hadisəyə reaksiyasını, həm Azərbaycanın, həm də Qazaxıstanın sonrakı fəaliyyətlərini addım-addım təsvir edir.

"Aktaudakı Azərbaycan diasporunun nümayəndələri qazaxıstanlıların təyyarə qəzasında zərərçəkənlərə necə köməyə tələsmələri ilə bağlı təəssüratlarını bölüşüblər", - telekanal vurğulayıb.

Çəkiliş qrupu çəkilişlərin təşkili və keçirilməsində göstərdikləri köməyə görə "Azərbaycan Hava Yolları" aviaşirkətinə, Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirliklərinə, Qazaxıstanın Azərbaycandakı səfirliyinə, Azərbaycanın Aktau şəhərindəki Baş Konsulluğuna, Aktau şəhəri akiminin aparatına, Manqistau vilayət çoxprofilli xəstəxanasına və Aktaudakı Azərbaycan diasporuna təşəkkürünü bildirir.

"Bakı - Qroznı - Aktau. Son uçuş" adlı sənədli filminin premyerası 25 dekabr, saat 22:00-da CBC telekanalında baş tutacaq.

Xatırladaq ki, təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

İlkin məlumatlara görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
2
2
baku.ws

3Mənbələr