AZ

Bakıda məktəbliləri daşıyan avtobus əks yola çıxaraq təhlükə yaratdı

ain.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

Bakıda şagirdləri daşıyan servis avtobusu qəza şəraiti yaradıb.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, hadisə Yeni Yasamaldan Kənar Dairəvi yola daxil olan ərazidə qeydə alınıb.

Bu zaman avtobus əks yola çıxaraq qarşıdan gələn avtomobillər üçün potensial təhlükə yaradıb. Sürücünün bu hərəkətləri digər hərəkət iştirakçılarının qəzəbinə səbəb olub. Şahidlərin sözlərinə görə, 77 CH 454 dövlət nömrə nişanlı avtomobil tez-tez qaydaları pozaraq uşaqların həyatını təhlükəyə atır.

Həmin anın kadrlarını təqdim edirik:

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
baku.ws

1Mənbələr