AZ

Süni intellekt trilyonlarla dollarlıq bazar kapitallaşması olan sahəyə çevrilib

Bakı, 24 dekabr, AZƏRTAC

Son bir neçə ildə süni intellekt akademik sahədən trilyonlarla dollarlıq bazar kapitallaşması və risk altında olan sahəyə çevrilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatında deyilir.

Məlumata görə, süni intellekt uzun tarixi keçmişə malikdir və ən azı 1950-ci illərə təsadüf edir. Lakin son illərdə süni intellekt texnika, xərclər və texnologiya sahəsindəki inkişaflar və irəliləyişlərlə əhəmiyyətli dərəcədə artıb, bu da generativ süni intellektin yüksəlişinə səbəb olub.

Bildirilir ki, texnologiya şirkətləri fond bazarında, xüsusən də dünyanın ən böyük texnologiya şirkətlərinə ev sahibliyi edən ABŞ-da dominant mövqe tutmağa başlayıb. 2022-ci ilin noyabr ayından – “ChatGPT”nin işə salındığı vaxtdan 2024-cü ilin sonuna qədər “Standart&Poor's 500”ün bazar kapitallaşmasındakı artımın 65 faizi ya süni intellektdən istifadə edən, ya da əsas əməliyyatlarına süni intellekt inteqrasiya edən şirkətlərdən gəlib. Yəni, “S&P 500” şirkətlərinin bazar kapitallaşmasındakı 16 trilyon dollar artımının 12 trilyon dolları yalnız süni intellektlə əlaqəli şirkətlərdən gəlib. Bu dövr maliyyə bazarlarındakı son dəyişkənlikdən əvvəl isə süni intellektlə əlaqəli investor gözləntilərinin artması ilə yadda qalıb.

 

Seçilən
24
1
azertag.az

2Mənbələr