AZ

“Xalq Bank” 5 mln. manatlıq istiqraz buraxır

ASC “Xalq” Bankı kapital bazarındakı mövqeyini gücləndirmək və gəlir mənbələrini diversifikasiya etmək məqsədilə yeni istiqraz emissiyasını elan edib.

Banker.az xəbər verir ki, bu barədə Bankın təqdim etdiyi emissiya prospektinə bildirilir.

Belə ki, emissiya çərçivəsində hər birinin nominal dəyəri 100 manat olan 50 000 ədəd istiqrazın buraxılması nəzərdə tutulub. Bu, ümumilikdə 5 000 000 manatlıq bir emissiya həcmi deməkdir.

“Xalq Bank” istiqrazları üç il müddəti üzrə illik faiz dərəcəsi 8% təşkil edir.

Bank ənənəvi faiz gəlirlərindən asılılığı azaltmaq və qiymətli kağızlar bazarından əldə olunan gəlirlərin payını artırmaq niyyətindədir. Bank qiymətli kağızların alqı-satqısı üzrə əməliyyatların avtomatlaşdırılması və bu servislərin “Xalq Online” platformasına inteqrasiyası üçün texnoloji infrastrukturun təkmilləşdirilməsi nəzərdə tutulur.

Bundan əlavə kommersiya bankı cəlb edilmiş vəsaitlərin diversifikasiyasını təmin etməklə mümkün likvidlik risklərindən qorunmaq.

Bankın 2024-cü il üzrə xalis mənfəəti 65,8 milyon manatdan çox olub. 2024-cü ilin sonunda cəmi aktivlər təxminən 3,04 milyard manat təşkil edib. Bankın cəmi kapitalı 501 milyon manata çatıb.

 

Seçilən
11
banker.az

1Mənbələr