AZ

Ərdoğandan qəzaya uğrayan təyyarə ilə bağlı açıqlama

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan vurulan Liviya təyyarəsi ilə bağlı araşdırmanın başladığını və lazımi tədbirlər görüləcəyini bildirib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan dünən Ankarada baş verən təyyarə qəzasında həyatını itirən Liviya hərbi nümayəndə heyəti üçün başsağlığı verib.

"Qardaş Liviya xalqına, Liviya Silahlı Qüvvələrinə və hökumətinə ölkəm və millətim adından başsağlığı verirəm. İstintaq başlayıb və lazımi tədbirlər görüləcək", - Türkiyə lideri qeyd edib.

Xatırladaq ki dekabrın 23-də Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Məhəmməd Əli Əhməd əl-Həddad və daha dörd nəfəri daşıyan təyyarə Türkiyədə qəzaya uğrayıb. Təyyarənin qalıqları Ankaranın Esenboğa Beynəlxalq Hava Limanı yaxınlığındakı Haymana rayonunda geniş bir əraziyə səpələnmiş şəkildə tapılıb.

Seçilən
19
2
publika.az

3Mənbələr