Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birincixanım Mehriban Əliyeva dekabrın 24-də Ağdam şəhərində 2-ci yaşayışkompleksinin açılışında iştirak edib və buraya köçən sakinlərləgörüşüblər.
Trend xəbər verir ki, Ağdam,Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi EminHüseynov dövlətimizin başçısına kompleksdə yaradılmış şərait barədəməlumat verdi.
Bildirildi ki, ərazisi 13 hektardan çox olan kompleksdə 11məhəllə var. Burada 60 bina inşa edilib. Kompleksdə 114-übirotaqlı, 464-ü ikiotaqlı, 536-sı üçotaqlı, 154-ü dördotaqlıolmaqla ümumilikdə 1268 mənzil var. Dekabrda buraya 104 ailənin(426 nəfər) köçürülməsi nəzərdə tutulur. 2026-cı ilin yanvar-fevralaylarında isə daha 1164 ailə (4772 nəfər) köçürüləcək.
Binalar daimi su, elektrik və sürətli internet xətləri,mənzillər isə istilik və isti su ilə təmin edilib. Kompleksinərazisində genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb, uzunluğu5 kilometrə yaxın olan daxili yollar çəkilib, idman və uşaq oyunmeydançaları, velosiped zolağı, yeraltı və yerüstü avtomobildayanacaqları yaradılıb.
Qeyd edək ki, dövlətimizin başçısı bu kompleksin təməlini2023-cü ildə qoyub. Prezident İlham Əliyev və birinci xanımMehriban Əliyeva bu ilin fevralında kompleksdə görülən tikintiişlərinin gedişi ilə tanış olublar.
Qarabağın və Şərqi Zəngəzurun bərpasında əsas prinsip müasirstandartlara uyğun məntəqələrin qurulması ilə keçmiş məcburiköçkünlərin rahat yaşayışını təmin etməkdən ibarətdir. Bununlayanaşı, sosial infrastrukturun yaradılması xüsusilə diqqətmərkəzində saxlanılır. İşğaldan azad edilmiş ərazilərimizdə müasirməktəblər, uşaq bağçaları, tibb müəssisələri tikilir, məşğulluğuntəmin olunması üçün sənaye parkları, müxtəlif istehsalmüəssisələri, xidmət sahələri yaradılır. Bütün bu tədbirlərQarabağın və Şərqi Zəngəzurun qısa müddətdə dirçəldilməsinə,əhalinin dayanıqlı məskunlaşmasına və bölgənin sürətli inkişafınaxidmət edir.