Axar.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Siqnaxi (Gürcüstan) polisi keçmiş məhkumu 75 yaşlı nənəsini girov götürməkdə ittiham edərək saxlayıb.
Axar.az xəbər verir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb.
İstintaq 32 yaşlı müttəhimin öz nənəsini girov götürdüyünü müəyyən edib.
Bildirilib ki, kişi öz keçmiş arvadının xaricdən qayıtmasını tələb edirmiş. Əks halda o, təqaüdçünü öldürməklə hədələyib.
Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində həmin şəxs hadisə yerində saxlanılıb.
Qeyd edək ki, təqsirləndirilən şəxs cinayətdən az əvvəl şərti olaraq azad edilmişdi. Bu dəfə onu 14 ilə qədər həbs gözləyir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.