AZ

Azərbaycanın icbari sığorta bazarı 7% böyüyüb

Azərbaycanda 2025-ci ilin yanvar-noyabr ayları ərzində icbari sığorta bazarı üzrə yığımlar və ödənişlərin həcmi açıqlanıb.

FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-noyabr ayları ərzində icbari sığorta üzrə yığımlar 331 milyon 339 min manat təşkil edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 21 milyon 731 min manat və ya 7,0% çoxdur. 2024-cü ilin eyni dövründə bu göstərici 309 milyon 608 min manat təşkil edib.

Bu dövrdə icbari sığorta ödənişləri 131 milyon 691 min manat təşkil edib ki, bu da illik müqayisədə 5 milyon 730 min manat və ya 4,5% çoxdur. Ötən ilin eyni dövründə 125 milyon 961 min manat sığorta ödənişləri edilmişdi.

Hesabat dövründə zərərlilik göstəricisi isə 39,7% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 0,9 faiz bəndi azalıb. 2024-cü ilin eyni dövründə isə zərərlilik göstəricisi 40,7% təşkil edib.

Seçilən
17
fed.az

1Mənbələr