AZ

Regionlarda kirayə mənzil fondunun genişləndirilməsi gündəmdədirmi?

Bakı, 24 dekabr, AZƏRTAC

Regionlarda kirayə mənzil fondunun genişləndirilməsi tələbatdan asılı olaraq həyata keçirilir.

Bu barədə AZƏRTAC-a açıqlamasında İpoteka və Kredit Zəmanət Fondunun Kirayə Mənzil Departamentinin direktor müavini Aslan Zeynalov məlumat verib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə təhlillər aparılır və vətəndaşlar arasında ictimai sorğular keçirilir. Sorğuların nəticələrinə əsasən, kirayə mənzil fondu formalaşdırılır və tələbatın daha çox olduğu ərazilər müəyyənləşdirilir.

Aslan Zeynalov bildirib ki, hazırda iş imkanlarının daha çox olduğu Bakı, Sumqayıt və Abşeron ərazilərinə maraq üstünlük təşkil edir: “Bununla belə, gələcəkdə ehtiyac yaranarsa, tələbat nəzərə alınmaqla digər ünvanlarda da kirayə mənzillərin təklif olunması mümkündür”.

Seçilən
29
3
azertag.az

4Mənbələr