AZ

Neftçalada aztəminatlı ailələrin övladları üçün bayram aksiyası təşkil olunub  

Rayon icra hakimiyyətinin təşkilatçılığı, Avropa Azərbaycan Məktəbi müəllimlərinin, eləcə də həmin məktəbdə təhsil alan şagirdlərin və onların valideynlərinin birgə təşəbbüsü ilə növbəti xeyriyyə aksiyası keçirilib. 

Aksiya çərçivəsində Neftçala rayonunda yaşayan bir qrup aztəminatlı ailələrin, şəhid ailələrinin və müharibə iştirakçılarının 4-10 yaş arası övladlarına bayram hədiyyəsi təqdim edilib. Sosial məsuliyyət və humanist dəyərlər əsasında təşkil edilən bu xeyriyyə aksiyasının əsas məqsədi aztəminatlı ailələrin övladlarına bayram sevincini yaşatmaq, onların cəmiyyət tərəfindən diqqət və qayğı ilə əhatə olunduqlarını bir daha hiss etdirmək olub. 

Aksiya uşaqlar üçün xoş və unudulmaz anlarla yadda qalıb, onlara bayram ovqatı yaradıb. 

S.CAVADOV,

 “Azərbaycan”

Seçilən
12
azerbaijan-news.az

1Mənbələr