Tayland və Kamboca arasında hərbi danışıqlar başlayıb
Tayland və Kamboca 16 gün davam edən və ən azı 86 nəfərin ölümünə səbəb olan gərgin sərhəd toqquşmalarından sonra hərbi danışıqlara başlayıblar."Banqkok Post" qəzetinin məlumatına görə, Tayland Müdafiə Nazirliyinin sözçüsü kontr-admiral Surasant Konqsiri bildirib ki, Baş Sərhəd Komitəsinin (GBC) iclasları iki ölkə arasındakı 817 kilometrlik sərhədin cənub hissəsindəki sərhəd keçid məntəqəsində keçirilib.
Konqsiri hərbi görüşün üç gün davam edəcəyini və razılaşma üçün yol aça biləcəyini vurğulayaraq əlavə edib: "Əgər görüş rahat keçərsə və razılaşma əldə olunarsa, iki ölkənin müdafiə nazirləri arasında görüş 27 dekabrda baş tuta bilər".Kamboca Müdafiə Nazirliyinin sözçüsü Maly Soçeata da danışıqların yerli vaxtla saat 16:30-da başladığını və hər iki tərəfdən generalların sədrliyi ilə keçirildiyini təsdiqlədi.
Görüş Malayziya, Çin və ABŞ-ın vasitəçilik səyləri və çağırışlarından sonra keçirilir.
aia.az
Tərcümə şöbəsi