Bakıda keçirilən Din Xadimlərinin II Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ediblər.
Publika.az xəbər verir ki, müraciəti "Hacı Cavad" məscidinin imam müavini Peyman Xəlilov səsləndirib.
Müraciətdə deyilir:
"Möhtərəm cənab Prezident,
Biz - Azərbaycandakı müxtəlif dini konfessiyaları təmsil edən din xadimləri Zati-alinizə dərin ehtiramımızı çatdırır, göstərdiyiniz diqqət, qayğı və dəstəyə görə minnətdarlığımızı bildiririk.