AZ

“İlham Əliyev adını tarixə qızıl hərflərlə yazdırıb” - Saakaşvili

Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvili Azərbaycan dövlət başçısı İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.

Missiya.Az xəbər verir ki, o bu barədə özünün “Facebook” sosial media hesabında paylaşım edib.

Paylaşımda qeyd olunub:

“Bu gün Azərbaycan xalqının və bütün Qafqazın böyük oğlu İlham Əliyevin doğum günüdür.

İlham Əliyev hamımızın arzuladığı hər şeyə nail ola bildi. O, Azərbaycan torpaqlarını işğaldan azad etdi və sülhü bərqərar etdi, o cümlədən Azərbaycanı dünya siyasətində çox vacib bir oyunçuya çevirdi.

Yaxın tarixdə az sayda dünya lideri bu cür nailiyyətlərlə öyünə bilər. İlham Heydər oğlu adını tarixə qızıl hərflərlə yazdırıb, deyə bilərik ki, o, əsrlər boyu xatırlanacaq.

Prezident Əliyevlə dostluq və sıx əməkdaşlıq etmək imkanı əldə etdiyim üçün qürur duyuram. Və bu gün o, hər kəsə bütün insanların ləyaqətini qorumaqda prinsipiallıq və qətiyyət nümunəsi göstərir. Əsl lider belə olmalıdır - axına qarşı çıxmaqdan və nəticə əldə etməkdən çəkinməmək”.

Saakaşvili İlham Əliyevə uzun ömür və ölkəsinin çiçəklənməsini arzulayıb.

Daşqın HəsənovMissiya.Az

Seçilən
64
missiya.az

1Mənbələr