AZ

Şəhidlər xiyabanında nalayiq videolar çəkən ərəblərə hökm oxundu

Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmağa görə polis tərəfindən saxlanılan 3 Səudiyyə Ərəbistanı vətəndaşının (Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammad) cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, bu gün Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Alzaman Mahdi Ali 2 il, Alghabr Mohammad Hussain 2 il, Alghabr Mahdi Mohammad 2 il müddətə azadlıqdan məhrum edilib. Onlar cəzalarını ümumi rejmli cəzaçəkmə müəssisəində çəkəcəklər.

Təqsirləndirilən şəxslər cəzalarınçəkdikdən sonra ölkə ərazisindən məcburi şəkildə çıxarılacaq.

Qeyd edək ki, prokuror hər üç təqsirləndirilənin 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Avqustun 17-də 3 nəfər əcnəbi şəxsin Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntü  barədə araşdırmalar aparılıb.

Araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb.

Seçilən
14
25
redaktor.az

10Mənbələr