AZ

"Real" Vinisiusla bağlı qərar verdi

style='margin-bottom:10px;'>

“Real” futbolçusu Vinisius Juniorun gələcəyi ilə bağlı qərar qəbul edib.

QOL.az xəbər verir ki, bu haqda COPE məlumat yayıb.

Madrid təmsilçisi Vinisiusla yolları ayırmağı düşünmür. Son vaxtlar braziliyalı hücumçu tənqid hədəfinə çevrilib və “Sevilya” ilə oyunda “Santyaqo Bernabeu” tribunalarının fitə basması onun mümkün gedişi ilə bağlı şayiələri artırıb. Lakin bildirilib ki, klub Vinisiusa tam etimad göstərir. “Real” rəhbərliyi hesab edir ki, Vinisius layihənin əsas fiqurlarından biridir və onun ən yaxşı illəri hələ qarşıdadır.

Məlumata görə, “Real” 2026-cı ildə 25 yaşlı hücumçuya yeni müqavilə təklif etməyi də planlaşdırır.

Cari mövsümdə Vinisius Junior “Real”ın heyətində bütün turnirlərdə 24 oyuna çıxıb, 5 qol vurub və 8 məhsuldar ötürmə edib. Onun Madrid klubu ilə mövcud müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.

Seçilən
22
1
teleqraf.com

2Mənbələr