AZ

Bayramda viruslardan qorunma: Həkimdən vacib tövsiyələr

Qrip və digər respirator viruslar dekabr–yanvar aylarında pik həddə çatır. Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov xəbərdarlıq edib ki, bayramlarda kütləvi tədbirlər virusların yayılması üçün münbit şərait yaradır.

Eyvazov “Instagram” üzərindən keçirilən canlı yayımda bildirib ki, bayram günlərində insanlar istirahət və əyləncə məqsədilə müxtəlif məkanlarda bir araya gəlir, bu isə infeksiyaların sürətlə yayıla biləcəyi riskini artırır.

“Əgər özünüzü xəstə hiss edirsinizsə, evdə qalaraq istirahət edin. Bu, həm sizin, həm də ətrafınızdakılar üçün ən təhlükəsiz yanaşmadır”, – deyə həkim vurğulayıb.

Ekspert qeyd edib ki, respirator viruslar yalnız qrip deyil, digər xəstəlikləri də törədə bilər və ciddi fəsadlara yol aça bilər. Ona görə də, xüsusilə bayram dövründə gigiyena qaydalarına diqqət yetirmək və kütləvi tədbirlərdən ehtiyatlı yanaşmaq vacibdir.

News365.az

Seçilən
40
news365.az

1Mənbələr