İsveçrə bölgədəki əhalinin azlığı ilə mübarizə aparmaq üçün dağ kəndi olan Albinenə köçənlərə maraqlı fürsət təqdim edir.
Publika.az yerli mediaya istinadən xəbər verir ki, bu kəndə köçmək istəyənlərə 20 min İsveçrə frankı (təxminən 43 min manat) məbləğində müavinət verilir.
Hər uşaq üçün isə bu məbləğ 10 min frank (təxminən 21 min manat) təşkil edir.
Lakin bu fürsətdən yararlanmaq üçün bəzi şərtlər mövcuddur. Bu şərtlərə isə, 45 yaşdan kiçik olmaq, 200 min İsveçrə frankından çox dəyərdə ev almaq, ən azı 10 il burada qalmağa öhdəlik götürmək, İsveçrə vətəndaşı olmaq daxildir.