ain.az, Olay.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Xalq artisti Röya Ayxan keçmiş həyat yoldaşı Anar Cəlilovla bağlı danışıb.
OLAY yazır ki, bu barədə sənətçi “Elgizlə izlə”də danışıb.
“Ərə getdiyim oğlan kasıb olub da. Bilin ki, mən elə kasıb oğlana ərə getmişəm. Ola bilər ki, adı üstümdə var idi, biz evlənəndə bizdən hər şeyi əsirgəmişdilər. Amma mən kasıb oğlana ərə getmişəm, 10 onu sevib, yaşamışam. Evlənən gün bütün kartlar filan, hər şey bağlanmışdı. Biz işləyirdik, ailəmizi qurub qəşəng yaşayırdıq. Kaş ki, müdaxilələr olmazdı. Müdaxilə olmasa, biz indi çox xoşbəxt idik. Aidiyyəti olmayan adamlar onun valideynlərinə elə sözlər deyirdilər ki, onlar da bizə qarşı çönürdülər. Deyirdilər, müğənni elədir, müğənni belədir, mən müğənnilərə quzu kəsərəm”, - deyə, Xalq artisti bildirib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.